Cümə axşamı, 02 May

"NATO Rusiyanın nüvə hədəsinə boyun əyməyəcək" - Baş katib

image

Rusiyanın Belarus ərazisində nüvə silahı yerləşdirmək niyyətini açıqlaması Qərbi qorxutmaq cəhdidir, lakin NATO sayıq qalacaq və Kreml rəhbərliyinin nüvə şantajına uymayacaq.

Xəbər verilir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bu gün Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü ərəfəsində mətbuat konfransı zamanı deyib.

"Prezident Putinin açıqlaması bizi Ukraynanı dəstəkləməkdən çəkindirmək üçün istifadə etməyə çalışdığı təhlükəli, çılğın nüvə ritorikasının bir hissəsidir. Bu, Alyansın müttəfiqləri və tərəfdaşlarının ukraynalılara öz ölkələrini müdafiə etmək hüquqlarını həyata keçirməkdə dəstək vermələrini dayandırmaq məqsədi daşıyan hədə-qorxudur. Biz özümüzü qorxutmağa imkan verməyəcəyik. Biz Ukraynaya kömək etməyə davam edəcəyik”, - Stoltenberq vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15